Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
Bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Məlumata görə, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə 6 may tarixindən etibarən başlanılıb və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq. 05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə, 17 iyul saat 11:00 tarixindən isə rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi həyata keçiriləcək.
Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
- Alternativ qeydiyyat mərkəzlərinə
- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
- ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
"Birinci sinfə qəbul" teqi üzrə xəbərlər
- Birinci sinfə qəbulda rus bölməsi üzrə məktəb və müəllim seçimi başlayıb
- Müsahibədə uğur qazanan bəzi uşaqlar avtomatik birinci sinfə yerləşdiriləcəklər
- Birinci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verildi
- Birinci sinfə qəbulla bağlı yenilik: Rus bölməsində nəticələr daha tez elan olunur
- 100 minə yaxın uşağın birinci sinfə qəbul prosesi tamamlanıb