Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
11 il azadlıqdan məhrum edilən keçmiş icra başçısı cəzasından narazıdır
Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Trend-in məlumatına görə, şikayət Şirvan Apellyasiya məhkəməsinə təqdim edilib. Yaxın vaxtlarda şikayət icraata götürüləcək.
Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.
Rəylər