Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

12 yaşlı əkiz bacıların dəstəyə ehtiyacı var
12 yaşlı Zəhra və Fatimə Abbasovaların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Ariz Abbasov məlumat verib.
O, övladlarının anadangəlmə bud-çanaq çıxığı problemindən əziyyət çəkdiklərini deyib:
"Zəhra və Fatimə əkizdirlər, onların 12 yaşları var. Anadangəlmə bud-çanaq çıxığı və ayaq əyriliyindən əziyyət çəkirlər. Onlar uşaq olarkən uzun illər müalicə alıblar. Haradasa üç ilə yaxın onların ayaqları müəyyən fasilələrlə gipsdə olub. Biz onlar doğulan gündən elə müalicələrdəyik".
Ariz Abbasov qızlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Övladlarımın müalicəsi üçün bu günə qədər əlimizdən gələn hər şeyi etmişik, amma artıq tamamilə tükənmişik. Aylardır onların müalicələri dayanıb. Müalicələr dayananda onların yerişləri lap da pisləşir. Qızların bir kurs müalicəsi üçün bizim hazırda 1 400 manata ehtiyacımız var. Mən özüm günlük iş olduqda fəhlə işləyirəm, Saatlı rayonunda yaşayıram. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 506-14-93.
Kapital Bank: 4169 7385 4442 1609.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- Xərçəngdən əziyyət çəkən 16 yaşlı Pınarın dəstəyə ehtiyacı var
- Qolları və ayaqları yanan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır - Bir günü qalıb
- On yaşlı Yağmurun iki günü qalıb: Təcili əməliyyat olunmalıdır
- Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq