Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Maştağada ağaclara QƏNİM KƏSİLDİLƏR: "Gecə məhv edirlər ki, görən olmasın"
Sabunçu rayonunun Maştağa qəsəbəsində ağacların kəsilməsi faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, hadisə "Köhnə klub" adlanan ərazidə, poçt, polis bölməsi və vağzala yaxın yerdə baş verib.
"Ərazidəki qocaman ağaclardan heç nə qalmayıb. Gecənin qaranlığında ağacları məhv edirlər ki, sakinlər görə bilməsinlər", - deyə paylaşımda qeyd olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib:
"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.
Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
- Bakı-Quba yolunda yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
- Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir
- Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı
- Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Bələdiyyədən AÇIQLAMA