Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

14 yaşlı hamilə qızın anası yaxın zamanda uşaq dünyaya gətiribmiş: Onu da sığınacağa qoymaq istəyib
Sığınacağa yerləşdirilən 14 yaşlı hamilə yeniyetmənin anasının da yaxın zamanlarda uşaq dünyaya gətirdiyi məlum olub.
Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Belə ki, onun anası yeni doğulan övladını da sığınacağa qoyaraq getmək istəyib:
"Çox təəssüf edirəm ki, sığınacaqda hamilə qızımız da var. 14 yaşında hamilə qızı biz sığınacağa yerləşdirəndə, anası da həmin prosesdə iştirak edirdi və qucağında 3 aylıq övladı var idi. Hətta dedi ki, mən elə bunu da qoyum burada, gedim. Deməli, bu valideynin heç bir məsuliyyəti yoxdur. Elələrinin valideynlik hüquqları məhdudlaşdırılmalıdır".
K.Ağazadə qeyd edib ki, hazırda bu faktlar hüquq-mühafizə orqanları və icra hakimiyyətləri tərəfindən araşdırılır.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb
- "BakuBus"ın vakansiyasına insanlardan reaksiyalar: "Sürücülük qadın işi deyil"
- Nazir dəmir yolunda baş verən terrordan DANIŞDI: "Sərnişinlərin təhlükəsizliyi təhdid altındadır"
- Yasamalda sakinləri qorxu içində yaşamağa vadar edən TƏHLÜKƏ
- Adlar xarakterə necə təsir edir?