Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərədən Vyetnama piyada gedən turist Azərbaycandan da keçəcək
İki qitəni - Avropa və Asiyanı piyada keçməyi planlaşdıran britaniyalı turist Lük Dekinin marşrutunda Azərbaycan da yer alır.
Oxu.Az "The Indian Express" nəşrinə istinadla xəbər verir ki, o, məqsədinə çatmaqdan ötrü İngiltərədən Vyetnama qədər olan məsafəni qət edəcək.
Dekin səyahətinə 2024-cü il sentyabrın 16-da başlayıb. O, indiyə kimi 214 gün ərzində iki qitəni ictimai nəqliyyatdan imtina edərək piyada keçib.
Turist Böyük Britaniya, Fransa, Belçika, Lüksemburq, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Yunanıstan ərazisindən keçərək Türkiyəyə çatıb.
Dekin Türkiyədən sonra Gürcüstan və Azərbaycana keçəcək, ardınca bərəyə minərək, Xəzər dənizi ilə Qazaxıstana gedəcək.
O, səyahətini Vyetnamın paytaxtı Hanoyda başa çatdırmaq fikrindədir.
"İngiltərə" teqi üzrə xəbərlər
- "Ginnesin Rekordlar Kitabı"na düşüb: İngiltərədə KABUSLARLA dolu kəndin sirri
- İngiltərə kilsəsi restlinq yarışları təşkil edir
- İngiltərə klubunun azərbaycanlı məşqçisi: "Üçüncü kuboku da qazanmaq istəyirik"
- Türkiyənin Londondakı səfirliyinin qarşısında Quran yandırılıb
- Məşhur nəşr məxfi sənədlər dərc etdi: Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?