2014-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 6782 ədəd müxtəlif növ reabilitasiya vasitəsi, o cümlədən 149 ədəd əlil arabası əlilliyi olan şəxslərə təqdim edilib.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müxtəlif növlərdə ümumilikdə 1298 ədəd protez-ortopedik məmulat hazırlanaraq əlilliyi olan şəxslərin istifadəsinə verilib.
Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 353 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir olunub.
Beləliklə, son 5 ay ərzində ƏƏSMN-in qeyd olunan müəssisələri tərəfindən əlilliyi olan şəxslər ümumilikdə 8433 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.
Gülnarə Zeynalova
www.oxu.az