“Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsindən 14 nəfər məhkum azadlığa buraxılıb”.
Oxu.Az xəbər verir ki, bu barədə ədliyyə polkovnik-leytenantı Şəfaət Abbasov deyib.
O bildirib ki, həmin şəxslərə amnistiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:
“Ümumilikdə bu günə qədər 186 nəfər azad olunub. Üç il cəza alan 423 nəfərin cəzasından altı ay azaldılacaq”.
Könül Cəfərli
FOTO: Kərim Abbasov