Çərşənbə axşamı YouTube sosial şəbəkəsində gənc insanların onların fikrincə yaxın vaxtlarda həyatlarını dəyişəcək ən vacib hadisə ilə bağlı təəssüratlarını sadə və ayın şəkildə danışdıqları videoçarx peyda olub.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, müəlliflərin kifayət qədər yaradıcı yanaşdıqları klip yaşı 18-dən başlayan və yetkinlik yaşlarına çatmaları ilə əlaqədar ilk dəfə “indiyədək edə bilmədikləri işi görəcək” gənclərə yönəlib.
“Onlar bunu ilk dəfə edəcəklər” adlı videoçarx ilk növbədə virus effektinə görə sosial şəbəkələrdə geniş populyarlıq qazana bilər.
“Mənim böyük qardaşım ora gedib. Sizi bilmirəm, amma mən bunu etməsən ürəyim partlayacaq” – deyə, gənc insanlardan biri videoda deyir.
“Mən anamdan soruşdum, mənə getməyi məsləhət gördü. Deyir əvvəl-axır bu olmalı idi” – deyə, gənc qız davam edir.
“Özümlə mobil telefon götürmək istəyirdim, amma mənə deyirlər olmaz. Necə yəni olmaz? İndi məhəllədəki uşaqlara necə sübut edə biləcəm ki, orada olmuşam!?” – deyə, daha bir oğlan deyir.
Videonun qəhrəmanları nədən danışırlar? Bunun cavabını tapmaq üçün ona baxmağa dəvət edirik.
www.oxu.az