Azərbaycan sentyabrın 20-də Moskvada start götürmüş David Oystrax adına Skripkaçıların V Beynəlxalq müsabiqəsində iştirak edib.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, müsabiqəyə 29 ölkədən 125 ərizə verilib.
Görkəmli skripkaçılardan ibarət jüri bütün iştirakçıların yüksək səviyyəsini qeyd edib.
Azərbaycanı təmsil edən skripkaçı Elvin Qəniyev müsabiqədə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, 16 yaşlı Elvin Qəniyev prezident təqaüdçüsü, müxtəlif beynəlxalq müsabiqələrin laureatı, Azərbaycanın xalq artisti Sərvər Qəniyevin nəvəsi, əfsanəvi Zaxar Bronun şagirdirdir. Elvinin adı Azərbaycanın istedadlarının qızıl kitabına daxil olub.