Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Bakıda bir sıra sosial obyektlərə baş çəkib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olmuşlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində oldular.
Daha sonra, Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də oldular. Daun sindromlu uşaqlarla söhbət edən Leyla və Arzu Əliyevalara məlumat verildi ki, 96 uşaq və yeniyetmə burada öz vaxtlarını səmərəli keçirmək imkanına malikdirlər.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcəkdir.
Leyla Əliyeva və Arzu Əliyeva uşaqların rəqslərinə tamaşa etdilər.