Uğurlu siyasətin nəticəsində, əvvəllər xarici ölkələrə qazanc dalıyca gedən həmvətənlərimiz vətənə geri qayıtmağa başladılar.
Bundan başqa, eləcə də xarici əmək miqrantları üçün də maraq kəsb etdi.
Oxu.Az Vesti.az-a istinadən bildirir ki, bu haqda Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbərinin müavini Pərviz Musayev konfransda “Miqrasiya siyasəti və Azərbaycan Respublikasında insan haqları” mövzusunda çıxış edərkən deyib.
P.Musayev qeyd edib ki, beləliklə də, Azərbaycan miqrasiya planında artıq təyinat ölkəsinə çevrilib.
İnterfaks-Azərbaycan-nın yazdığı kimi, onun sözlərinə görə, cari ilin birinci rübündə Azərbaycanda 900-dən çox xaricinin yaşayışı leqallaşdırılıb.
“140 mindən çox xarici vətəndaşın yaşayış yerinə qeydiyyatı həyata keçirilib, onlardan 11 mininə daimi və ya müvəqqəti yaşayış icazəsi verilib”, - P.Musayev qeyd edib.
Dövlət miqrasiya xidmətinin rəis müavini qeyd edib ki, 2013-cü ildə prezidentin sərəncamı ilə 231 xarici vətəndaşa Azərbaycan vətəndaşlığı verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları və konfliktologiya İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva qeyd edib ki, ölkənin uğurlu sosial-iqtisadi inkişafı, o cümlədən açılan çoxsaylı iş yerləri respublikanı xarici miqrantlar üçün cazbedici edir.
“Azərbaycan Prezidenti həm ölkəmizə gələn xarici miqrantların problemlərinin həllinə, həm də respublikanın hüdudlarından kənarda çalışan azərbaycanlı emiqrantların hüquqlarının təmin edilməsi məsələlərinə böyük diqqət ayırır”, - A.Mustafayeva qeyd edib.
Onun sözlərinə görə xarici miqrantların Azərbaycana olan marağının artması miqrasiya prosesinin ciddi şəkildə tənzimlənməsini tələb edir.
Bununla yanaşı A.Mustafayeva xarici miqrantların Azərbaycanda yaşayışlarının leqallaşması ilə əlaqədar problemlərlə üzləşdiyini vurğulayıb.