Rusiyadan Azərbaycana qayıdan azərbaycanlı ailə övladlarının təhsil məsələsi ilə bağlı çətinliklərlə üzləşib.
Oxu.Az Baku TV-yə istinadla bildirir ki, məsələ ilə bağlı valideynlər həmin çətinliklərdən danışıblar.
Onların sözlərinə görə, ailə başçısı 25 il Rusiyada yaşayıb, sonra Azərbaycana gələrək burada ailə qurub:
"Sonra yenidən Rusiyaya getdim. Orada 2010-cu ildə oğlum, 2012-ci ildə isə qızım anadan olub. 2021-ci ildə Azərbaycana qayıtdıq. Hazırda uşaqlarım məktəbə gedir. Mən də istəyərəm ki, uşaqlarım Azərbaycan vətəndaşı olsunlar. ASAN xidmətə müraciət etdim, dedilər ki, müharibə ilə əlaqədar heç bir sənəd verə bilmərik. Oğlum əsgər gedəndə istəyərəm ki, öz vətənində xidmət eləsin, amma sənədləri düz deyil".
Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, vətəndaş müvafiq qanunvericiliyin tələblərinə uyğun qaydada prosedurlardan keçməlidir.