Sentyabr ayının 8-dən etibarən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da xeyriyyə aksiyasına start verilir.
Oxu.Az xəbər verir ki, kinoteatr qarşıdan gələn yeni tədris ili ilə əlaqədar olaraq “Dostuna kömək et” layihəsi keçirir.
Xeyriyyə layihəsi çərçivəsində artıq hər kəs ehtiyacı olan uşaqlara yardım edə biləcək. Bunun üçün artıq lazım olmayan məktəb ləvazimatlarını “28 Cinema” gətirmək və bununla da ehtiyacı olan uşaqlara kömək etmək olar.
Qeyd edək ki, “28 Cinema” Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində ehtiyacı olan uşaqlara müxtəlif dəstək və xeyriyyə layihələri keçirir.
Aytən Sadıqzadə