Azərbaycanın premium kinoteatrı “28 Cinema” və Uber şəxsi sürücü xidməti yeni aksiyaya start verir.
Oxu.Az xəbər verir ki, avqustunun 3-dən etibarən “Mümkünsüz missiya: Sürgün olunmuşlar tayfası” filminə 3 və daha çox ədəd bilet alan müştəri, Uber şirkəti tərəfindən pulsuz şəxsi sürücü xidməti ilə təmin olunacaq.
Bilet alışından sonra müştəri xüsusi kod vasitəsilə Bakı şəhəri daxilində “28 Cinema” kinoteatrına xüsusi sürücü xidmətilə tamamilə pulsuz olaraq ilə gəlmək imkanı əldə edəcək.
Xüsusi kodu əldə etmək üçün müştəri kassadan və ya online olaraq bileti əldə etdikdən sonra alış haqqında məlumatı vipmanager@28cinema.az email ünvanına göndərməlidir.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Cappuccino coffee house” və “Blackberry” restoranı yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az