Mətbuatda yayılmış “28 Mall”da bombanın qoyulması ilə bağlı xəbər təsdiqini tapmayıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olmuş press-relizdə deyilir.
Məlumata əsasən, hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib, insanlar təxliyə olunublar.
Ciddi yoxlamadan sonra FHN mollun yaxşı mühafizə olunan ərazisində bombanın olmadığını bildirib.
Xuliqanlıq faktı üzrə cinayət işi qaldırılıb.
20:26
Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.
Hazırda ticarət mərkəzində axtarışlar aparılır.