Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
8 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
"Yol təmiri" teqi üzrə xəbərlər
- Binəqədidə yollar asfalt üzünə həsrət qalıb: Sakinlər çətin vəziyyətdə
- Balaxanı-Mehdiabad yolu niyə unudulub? - Sürücülər şikayət edirlər
- Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub
- Maşınları qıran "asfalt", ağacları susuz qoyan sayğac - Gəncədən ŞİKAYƏT var
- Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib
Rəylər