Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
COP29-la əlaqədar metroda iş rejimi dəyişəcəkmi?
COP29-la əlaqədar dövlət qurumlarında iş rejimi dəyişəcək.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bəzi dövlət qurumlarında işə cəlb edilən işçilərin 70 faizinin məsafədən (evdən) işləmələri təmin edilməlidir.
Bəs COP29-la bağlı şəhərin əsas ictimai nəqliyyat vasitəsi olan metronun işində hər hansı dəyişiklik gözlənilirmi?
Sualımızı "Bakı Metropoliteni" QSC-yə ünvanladıq.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavabında həmin dövrdə hər hansı dəyişikliyin gözlənilmədiyini bildirib.
"Hər bir halda payız mövsümündə, yəni yeni tədris ili başlayandan sonra, metroda mümkün olacaq ən sıx hərəkət qrafiki tətbiq olunur. COP29-la bağlı hər hansı xüsusi qaydaların tətbiqi gözlənilmir".
Əzizə İsmayılova
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakı metrosunda qatarlar arasında interval niyə 9 dəqiqəyə çatır?
- Bakıda artıq bir neçə yeni metro stansiyasının yeri müəyyənləşdirilib
- "Ulduz" stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti AÇIQLANDI
- Bakı metrosunda PROBLEM: Sərnişin relsin ÜZƏRİNƏ DÜŞDÜ
- Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB
Rəylər