“28 May” metrostansiyasının ikinci çıxışından əhalinin az istifadəsi əsas çıxışda sıxlığa səbəb olur.
Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “28 May” metrostansiyası iki xətti birləşdirir, orada kifayət qədər sərnişin sıxlığı var və olacaq.
“Bu sıxlıq xətlərin ayrılacağı vaxta qədər olacaq. Baxmayaraq ki, “28 May” metrostansiyası iki çıxışlıdır, yeni istifadəyə verilmiş ikinci çıxışdan sərnişinlər çox az istifadə edir”, - deyə QSC rəsmisi qeyd edib.
İlhamə Əbülfət
Video : İlhamə Kələyeva, Valeh Arifoğlu