Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

281 nömrəli məktəbdə istilik problemi: "Uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar"
Dekabrın ilk həftəsi olmasına baxmayaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbdə istilik sistemi hələ də yoxdur.
Bu hal şagirdlərin və valideynlərin narazılığına səbəb olub.
"Uşaqlar dərsdə əlcəklə, üst geyimləri ilə otururlar. Bilmirik ki, uşaqlarımızı məktəbə gətirək, yoxsa həkimə aparaq", - deyə valideyn bildirib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə xətlərdəki problemlə əlaqədar istiliyin verilməsində qısamüddətli məhdudiyyət yaranıb:
"Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görülür".
Daha ətraflı Baku TV-nin süjetində:

"Suraxanı rayonu" teqi üzrə xəbərlər
- Paytaxtda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR
- Bakıda 89 yaşlı kişi və arvadı faciəli şəkildə öldülər
- Bakıda Duzlu göl ərazisində ACINACAQLI VƏZİYYƏT
- Binə kəndinin sakinlərinin yol problemi: "Asfalt çəkməyə pulları yoxdursa, ÇINQIL TÖKSÜNLƏR"
- "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT