Dünən Lənkəran rayonunun Ürgə kəndində 3 yaşlı Zeynəb Həsənovanın əli elektrik ətçəkən maşının içində sıxılmış vəziyyətdə qalıb. Dərhal xəstə Lənkəran Mərkəzi rayon xəstəxanasına gətirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri elə xəstəxanada təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə elektrik ətçəkən maşınını kəsərək uşağın əlini çıxarıblar.
Təəssüf ki, azyaşlı üç barmağından məhrum olub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi baxışdan sonra 3 yaşlı Zeynəb təcili yardım vasitəsilə paytaxtın Travmatologiya və Ortopediya inustitutuna çatdırılıb.
Xəstəxanadan aldığımız məlumata görə, qızcığaz əməliyyat olunub, lakin 3 barmağını yerinə bərpa etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbi kimi valideyn diqqətsizliyi göstərilir.