Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.
Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.
www.oxu.az