Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
3D printerlərin ölkəyə gətirilməsi qadağandır? - RƏSMİ
Ötən gün sosial şəbəkə istifadəçilərindən biri ölkəyə gətirdiyi 3D printerin Dövlət Gömrük Komitəsi tərəfindən saxlanıldığını iddia edib. Paylaşımda deyilir ki, Komitə tərəfindən fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə 3D printer gətirməsinə icazə yoxdur.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yazılan bu kimi iddialar əsassızdır:
“3D printerlərin dövriyyəsi qadağan olmadığından onların ölkəyə gətirilməsi üçün heç bir maneə yoxdur.
İstər fiziki və hüquqi şəxslər, istərsə də rezident və qeyri-rezidentlər tərəfindən 3D printerlərin ölkəyə gətirilməsinə heç bir qadağa qoyulmayıb. Sadəcə olaraq, vətəndaşlar bəzən hansısa qanunvericiliyi pozduqları üçün malları saxlanılır.
3D printerlərin istər kommersiya məqsədilə, istərsə də şəxsi istifadə üçün gətirilməsinə heç bir qadağa yoxdur. Bu məlumatlar əsassızdır”.
Könül Cəfərli
Rəylər