Bu rəqibimlə heç vaxt güləşməmişdim. Öz səhvimdən uduzdum. Gələn dəfə belə səhv etməməyə çalışacağam.
Bunu Oxu.Az-a Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində təmsil edən Vüqar Talıbov deyib.
EYOF-un açılış mərasimində bayrağımızı daşımış, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi olmuş V.Talıbov finalda italiyalı Luici Sentraççioya ipponla uduzub.
İdmançımız 25-28 sentyabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələrin dünya çempionatında təkrar səhv etməyəcəyini bildirib:
“Azarkeşlərə də təşəkkür edirəm ki, məni dəstəklədilər. Amma onları məyus etdim”.
Səbuhi Musayev