Ötən gün gecə saatlarında Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, cinayəti törədən Ayxan Zamanov yaşadıqları həyətdə bibisi, 39 yaşlı Aynurə Zamanova ilə mübahisə edib.
Əsəblərini cilovlaya bilməyən A.Zamanov mətbəx bıçağını götürərək bibisinin üzərinə hücum çəkib. Qadının qışqırdığını görən A.Zamanov onu həyətdəki hamama salıb. Burada ona 10-dan artıq bıçaq zərbəsi endirib.
Nəticədə, qadın yerindəcə keçinib. Hadisədən dərhal sonra Ayxan Zamanov oradan uzaqlaşıb. Bir müddət gizləndikdən sonra isə polis onun yerini müəyyən edib və cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Qeyd edək ki, Şəmkir sakini 39 yaşlı Aynurə Zamanova iyulun 25-də qardaşı oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun bir azyaşlı övladı qalıb.
Nazir Quliyev