Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir
4 yaşlı Atilla Nəcəf oğlu Mayılov bir neçə xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Nəcəf Mayılov məlumat verib.
O qeyd edib ki, övladı epilepsiya, hidrosefaliya, braxisefaliya, kəskin əzələ gərginliyi və görmə sinirinin hissəvi atrofiyası kimi xəstəliklərdən əziyyət çəkir:
"Bu xəstəliklərin müalicəsi müxtəlif dərmanlarla davam etdirilir. Gözləri isə sadəcə güclü işığı görə bilir. Xəstəliyin müalicəsi Başqırdıstanın Ufa şəhərində "Alloplant" xəstəxanasında bir neçə mərhələdə edilir.
Bunun üçün 30 min manata ehtiyacımız var. Məbləğin 11 min manatı toplanılıb. Sizə üz tuturam, geri qalan məbləği yığmağımız üçün əlimizdən tutun. Övladım uşaqlığını yaşaya bilməyəcək, heç olmasa, bundan sonra onun üçün yaxşı olsun. Atillanın ən böyük arzusu anasını görməkdir. O, əlləri ilə anasına toxunub onu hiss etməyə çalışır. İmkanlı şəxslərdən xahiş edirəm, balama dünya işığını görmək üçün yardım etsinlər. Qalan məbləği tamamlayaraq onun müalicəsinə başlayaq".
Əlaqə nömrəsi: (055) 512-15-66.
"Kapital Bank": 4169 7388 3381 3276.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 18 günlük körpənin anası yardım diləyir: "Uşağa yemək almağa belə pulumuz qalmayıb"
- İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Yaralarını sarımağa bint ala bilmirik"
- Bütün bədəni yanan Sabirin anası yardım diləyir
- Səkkiz yaşlı Hüseynin bir günü qalıb: Təcili dəstəyə ehtiyacı var
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
Rəylər