Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Klement: "Fransada qadağan olunsa da, bizim bölgədə məcburi abort siyasəti həyata keçirilirdi"
"Fransada abort qadağan olunsa da, bizim bölgədə məcburi abort siyasəti həyata keçirilirdi. Üstəlik, bunu başqa əməliyyat adı altında edirdilər. Onlar müxtəlif əməliyyatlar adı altında ana bətnində olan körpələri öldürürdülər".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda panafrikan siyasətçi, "Ka Ubuntu" hərəkatının həmsədri Benjamin Klement deyib.
Onun sözlərinə görə buradakı məqsəd Reynyonun yerli xalqı olan afrikalıların demoqrafik artımına mane olmaq idi:
"Onlar bizə qarşı sərt miqrasiya siyasəti də həyata keçirdilər. Üstəlik, uşaqlarımızı əlimizdən alıb aparır, sonra geri qaytarmır, hətta ad-soyadlarını dəyişdirməklə əslimizi unutdurub genimizi dəyişdirməyə çalışırdılar. Bu siyasət 1982-ci ilə qədər geniş vüsət almışdı. Bu siyasət isə birbaşa olaraq Fransa Beşinci Respublikasının ilk baş naziri Mişel Debre tərəfindən həyata keçirildi. Ona görə də biz onu dövrümüzün Hitleri adlandırırdıq. 1987-ci ildə buna qarşı hərəkat başladı. Lakin təəssüf olsun ki, üzərindən illər keçsə də, Fransanın bizə qarşı bu siyasəti hələ də dəyişməyib".
Mərahim Nəsib
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"
- Ayxan Hacızadə: "Fransa XİN başçısının anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edirik"