Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

4 yaşlı Atillanın gözlərinin görməsi üçün sizin köməyinizə ehtiyacı var
4 yaşlı Atilla Nəcəf oğlu Mayılov bir neçə xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Mayılov Nəcəf məlumat verib.
O qeyd edib ki, övladı epilepsiya, hidrosefaliya, braxasefaliya, kəskin əzələ gərginliyi və görmə sinirinin hissəvi atrofiyası kimi xəstəliklərdən əziyyət çəkir:
"Bu xəstəliklərin müalicəsi müxtəlif dərmanlarla davam etdirilir. Gözləri isə sadəcə güclü işığı görə bilir. Xəstəliyin müalicəsi Başqırdıstan, Ufa şəhərində "Alloplant" xəstəxanasında bir neçə mərhələdə edilir.
Bunun üçün 30 min manata ehtiyacımız var. Məbləğin 11 min manatı toplanılıb. Sizlərə üz tuturam, geri qalan məbləği yığmağımız üçün əlimizdən tutun. Övladım uşaqlığını yaşaya bilməyəcək, heç olmasa, bundan sonra onun üçün yaxşı olsun. Atillanın ən böyük arzusu anasını görməkdir. O, əlləri ilə anasına toxunub onu hiss etməyə çalışır. İmkanlı şəxslərdən xahiş edirəm, balama dünya işığını görmək üçün yardım etsinlər. Qalan məbləği tamamlayaraq onun müalicəsi üçün başlayaq".
Əlaqə nömrəsi: 055 512 15 66
Leo bank: 4098584496788843
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yanıq xəsarətləri alan Turanın anası: "Narkozdan sonra qıcolmaları yarandı, müalicə edə bilmirik"
- İki övladı da xəstə olan ana: "Xalqıma yalvarıram, balalarımın yaşaması üçün bizə dəstək olun"
- Yanıq xəsarətləri alan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır: 1 100 manata ehtiyacları var
- Xərçəng xəstəliyindən əziyyət çəkən ər-arvad: "Tək arzumuz bircə balamızın toyunu görməkdir"
- Ağır yanıq xəsarətləri alan Zəhranın anası: "Balamın qarşısında çox çarəsizəm"