Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
Martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Oxu.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatmasına baxmayaraq, onlardan cavab ala bilmirlər.
Sosial şəbəkədə istifadəçilərdən biri paylaşımında bildirib ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqlarını deyib.
"Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - deyə paylaşımı edən şəxs qeyd edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, evdən çıxıb geri qayıtmayan qızlardan birinin anası müğənnidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub:
"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür".

Aygün Mirakif
"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Tapılan yeniyetmə qızın xalası: "Ailə qurmaq üçün evdən qaçıb"
- Yeddi gündür itkin düşən Reyhanın anası: "Yazışdığı adamlar var idi"
- Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış - Leysan olan gün evdən qaçıblar
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Boden gölünün dəhşətli sirləri: Dayazlaşma 100-dən çox insanla bağlı qorxunc tapıntılara səbəb oldu