Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Nizami Gəncəvi prospektində üç avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər yüngül xəsarətlər alıblar.
R.Aslanov və Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, şəhər ərazisində iki KIA və bir "Mercedes" markalı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
