40 gündür həyat yoldaşının yolunu gözləyən qadın artıq Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.
Xezerxeber.az məlumatına görə, artıq 6 aylıq hamilə olduğunu bildirən Tünzalə Ağayeva iddia edir ki, həyat yoldaşı onu Astaradan Bakıya müalicəyə gətirib və xəstəxanaya yerləşdirib, ancaq sonra yoxa çıxıb.
Özünün dediyinə görə, Tünzalə 5 il əvvəl sevib-seçdiyi Nail Mirzəyev adlı şəxslə ailə qurub. Cütlüyün rəsmi nikahı yoxdur, onlar kəbinlə yaşayıblar. 2024-cü ilin oktyabr ayının 4-dək Tünzalə həyat yoldaşı, qayınanası və qayınatası ilə birgə yaşayıb. Daha sonra səhhətində yaranan problemlə bağlı Naillə birgə Bakıya gəlib. 40 gündür xəstəxanada yolunu gözlədiyi əri onun ardınca bir daha gəlməyib.
T.Ağayeva iddia edir ki, həyat yoldaşı ona müxtəlif vaxtlarda şiddət göstərib, ancaq buna baxmayaraq, o, ailəsi ilə barışmaq istəyir.
Ətraflı süjetdə:
40 gün xəstəxanada həyat yoldaşının yolunu gözləyən qadın sığınacağa yerləşdirildi
Rəylər