Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Millətlər Liqası: Almaniya yeddi qolla qalib gəldi
UEFA Millətlər Liqasında V turun son oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda lider Almaniya autsayder Bosniya və Herseqovinanı sınağa çəkib.
Meydan sahibləri qonaqlara rəhm etməyiblər - 7:0. Florian Virtz dublla yadda qalıb.
Bu nəticədən sonra almanlar 13 xalla qrupda liderliyini möhkəmləndiriblər. Cəmi 1 xalı olan Balkan təmsilçisinin isə aşağı liqaya düşəcəyi dəqiqləşib.
Digər qarşılaşmalarda Çexiya səfərdə Albaniya ilə qolsuz sülh bağlayıb.
Slovakiyanı qəbul edən İsveç isə 2:1 hesabı ilə üstün olub.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- Kilian Mbappe yenidən milliyə çağırılıb
- Legioner limitini ləğv etdik, bəs yerli futbolçuları nə gözləyir?
- Stanislav Çerçesov Qazaxıstan millisi ilə yollarını ayırdı
- Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan və Ermənistan milliləri eyni üslubda oynayırlar"
- Didye Deşam Fransa millisindən ayrılacaq
Ən çox oxunanlar