Qax rayonunda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 6-da rayonun Tanqıt kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 43 yaşlı Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
İlhamə Əbülfət