Bakı sakini dənizdə batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər 1969-cu il təvəllüdlü Əsədov Mahir Cığəli oğlu dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km sağda) çimərkən batıb.
M.Əsədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin