Ömrünün orta çağında küçələrdə gecələməyə məcbur qalan Natəvan Yorxemen vaxtilə Bakıda anadan olub.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatina görə, Natəvan xanım Bakıda doğulsa da, valideynləri evlərini sataraq Moskvaya köçüblər. Elə orada orta məktəbi bitirən xanım Moskva Dövlət Tibb Universitetinə daxil olub. Əczaçılıq fakultəsini bitirdikdən sonra ailə qurub və bir il həmin şəhərdə işlədikdən sonra əri ilə birlikdə Cənubi Afrika Respublikasına köçüb. İki uşaq anası elə həmin ölkədə də işə başlayıb.
Natəvan xanım deyir ki, övladlarım öz həyatlarını qurub. Məhz baş tutmuş ailə həyatından sonra onun Bakıya gəlmə səbəbləri də ayrı maraq doğurur.
Küçədə yaşayan Natəvan Yorxemenin sözlərinə görə, iki həftə olar ki, gəlmişəm: “Afrikanın iqlimi mənə düşmədiyi üçün bura gəldim. Hazırda işsizəm, getməyə yerim yoxdur. Yaşamağa kirayə ev tapmalıyam, ancaq heç pulum da qalmayıb”.
Natəvan xanıma yaxınlıqdakı binanın sakinləri hələlik köməklik edir. Kimisi yemək, kimisi də müxtəlif vasitələrlə yardım əli uzadır.
Hər halda Natəvan xanım Azərbaycan vətəndaşıdır. 48 yaşlı əczaçı artıq iş qabiliyyətini də itirmək üzrədir. Çünki küçədə yaşamaq artıq ayaqlarının şişməsilə nəticələnib.
Özünün dediyinə görə, Qubada qohumları var. Yəqin ki, onu görən yaxınları kömək əli uzadarlar. Çünki heç kim zəmanət verə bilməz ki, gələcəkdə problemlərdən sığortalanmış olacaq.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin