Paytaxtımızda uşaq mallarının təqdim edildiyi çoxsaylı mağazalar sırasında, çeşidləri hətta ən tələbkar anaları belə heyran edəcək, yeni “4moms” butiki açılıb.
Azərbaycanda ilk dəfə olaraq, “4moms” butikində valideynlərə böyük sayda uşaq arabaları, qidalanma üçün oturacaqlar, şezlonqlar, avtomobil kresloları – bir sözlə, sizin körpənizin həyatının ən vacib və məsuliyyətli hesab edilən ilk illərində onun rahatlığı üçün lazım olan hər şey təqdim edilir.
Butikdə dünyada məşhur olan brendlər: 4MOMS, TEUTONIA, BUGABOO, SILVERCROSS, BRITAX&ROMER, GRACO, UPPABABY, APRICA və Dr.BROWNS təqdim edilib.
Tezliklə “4moms” butikində “Bloom” brendinin malları – uşaq otaqları üçün premium sinfinə aid möhtəşəm mebellər, müasir dizaynlı uşaq stulları da təqdim ediləcək. Bu mallar otağın xarici görünüşünü pozmayacaq, əksinə mənzilinizin interyerinə yeni və orijinal bir görünüş bəxş edəcək.
Eləcə də mağazada – heç bir məsuliyyətli valideynin biganə qala bilməyəcəyi uşaq avtokresloları kimi bir vasitənin də geniş çeşidi təqdim edilib. Təcrübə göstərir ki, uşağı elə körpə yaşlarından avtomobildə xüsusi kresloda əyləşməyə öyrətmək lazımdır.
Çünki bu gələcəkdə doğru vərdişlərin yaranmasına səbəb olacaq, öz təhlükəsizliyinə məsuliyyətlə yanaşan uşaq böyüyəndə də məsuliyyətli olmağa davam edəcək. Gənc valideynlərin seçiminə gəldikdə isə təbii ki, onlar yüksək keyfiyyətli və təhlükəsiz mallara üstünlük verirlər. Uşaqlar üçün mallar imkan daxilində yüksək keyfiyyətə malik və müvafiq sertifikatlarla təsdiq edilməlidirlər.
Uşaqlar malik olduğumuz ən böyük dəyər və bizim gələcəyimizdir, ona görə də onlara hər şeyin yaxşısını bəxş etməliyik, onlar da bunun əvəzində bizə möhkəm sağlıq və öz uğurları ilə təşəkkürlərini bildirəcəklər.
Yeni il bayramları ərəfəsində sizi öz butikimizdə gözləyirik.
“4moms” butiki sadalanan markaların Azərbaycanda yeganə rəsmi nümayəndəsi olaraq, istehsalatçının təqdim etdiyi bütün mallara rəsmi zəmanət verir.
Ünvan: Bakı, Səməd Vurğun küçəsi 132B (Maliyyə Nazirliyi ilə üzbəüz).
Əlaqə nömrələri: (+99412) 595 05 05; (+99451) 495 05 05.