Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

5-ci sinif şagirdi sizdən kömək gözləyir: Ana övladı üçün təkbaşına çırpınsa da, bacara bilmir
Kamal Surə oğlu Məmmədli ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Surə Məmmədli məlumat verib.
O bildirib ki, oğlu qan xərçəngindən əziyyət çəkir:
"Kamal 5-ci sinif şagirdidir. 3 ildir ki, xəstəlikdən yaxasını qurtara bilmirik. Mart ayında xəstəlik yenidən qayıtdı. Atası ilə ayrılmışıq. Heç bir formada nə maddi, nə mənəvi dəstək olmur. Kamal ilik nəqli olmalıdır, amma bunun üçün əlimizdə pul yoxdur. Əməliyyatın qiyməti 90 min dollardır. Kamaldan başqa evimdə iki qız övladım da var. Tək anayam. Balalarım üçün çırpınıram, amma tək bacara bilmirəm. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Məni övlad itkisi yaşamağa qoymasınlar".
Əlaqə nömrəsi: 077 3337288
Kapital bank: 4169 7385 9133 1016
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var