Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyada körpəsini diri-diri dondurmağa cəhd edən qadın həbs olundu
Rusiyanın Nijni Tagil şəhərində 35 yaşlı yerli sakin öz körpəsini öldürməyə cəhd etdiyi üçün məhkəmə qarşısına çıxacaq.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
İstintaqın məlumatına görə, 2025-ci il martın 4-nə keçən gecə qadın öz mənzilində özbaşına həyat qabiliyyətinə malik oğlan uşağı dünyaya gətirib. Uşaq arzuolunmaz olduğu üçün qadın ondan xilas olmaq qərarına gəlib. Körpəni adyala büküb və Sibirin yaz gecəsinin soyuğundan sağ çıxmayacağını yaxşı bildiyi halda onu yaşayış binasının yanındakı skamyaya qoyub.
Lakin o, planını sona qədər həyata keçirməyə müvəffəq olmayıb - gec saatlar olmasına baxmayaraq, binanın girişinin yanından keçən bir nəfər körpəni görüb və təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər körpənin həyatını xilas edə biliblər.
Müstəntiqlər ananın axtarışına başlayıblar və bunun üçün körpənin genotipini götürüblər. Daxili İşlər Nazirliyinin kriminal ekspertlərinin köməyi ilə genotip genomik məlumat bazası ilə müqayisə edilib. Nəticə Nijni Tagil şəhərinin əvvəllər məhkum olunmuş sakininin DNT profili ilə uyğun gəlib.
Dindirilmə zamanı qadın körpəni özünün dünyaya gətirdiyini və küçədə qoyaraq ondan xilas olmaq qərarına gəldiyini etiraf edib.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya Silahlı Qüvvələri Sumı və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb
- Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi
- ABŞ-nin sualtı qayığı onilliklər ərzində Rusiyada kəşfiyyat məlumatları toplayıb
- İrandan təxliyə olunanlar Bakıda təşəkkür konserti verdilər
- Zaxarova: "ABŞ Rusiya ilə diplomatik münasibətlərin normallaşması ilə bağlı görüşünü ləğv edib"