Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Imagro" şirkəti "Caspian Agro 2025" sərgisində iştirak edir
"Imagro" şirkəti "Caspian Agro 2025" sərgisində kənd təsərrüfatı sahəsində dünyanın məşhur brendlərinin texnikalarını nümayiş etdirir.
"Improtex" Şirkətlər Qrupuna daxil olan "Imagro" şirkəti bir çox dünya brendini idxal edərək ölkəmizdə aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı texnikalarının satış və servisini həyata keçirir. Şirkət kənd təsərrüfatı üçün son texnoloji xüsusiyyətlərə və standartlara malik texnikaların istehsalında dünya liderləri olan "Massey Ferguson", DONGFENG, EFE, "Hattat" və digər dünya brendlərinin Azərbaycanda rəsmi distribütorudur.
Həmçinin, "Imagro" şirkəti, ən son texnoloji yeniliklərə və Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş "Improtex Industries" zavodunun "Made in Azerbaijan" brendi ilə yerli istehsalı olan müxtəlif təyinatlı kənd təsərrüfatı qoşqularının, yarımqoşqularının, meyvə toplama platformasının, müxtəlif həcmli lafetlərin, yanacaq və su çənlərinin dövlət dəstəyi ilə satışını təşkil edir.
Bakı Ekspo Mərkəzində keçirilən XVIII Beynəlxalq Kənd Təsərrüfatı sərgisində "Imagro" şirkəti öz stendində aşağıdakı texnikaları təqdim edir:
- "Massey Ferguson 7345S" - kombayn
- "Massey Ferguson 7S.180" - traktor
- "Massey Ferguson 6713" - traktor
"Imagro" MMC
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 km
Əlaqə nömrəsi: +99451 2528080
+99477 3377770
Servis xidməti: +99451 2059989
E-mail: info@imagro.az
Sayt: www.imagro.az
Qeyd edək ki, bugün Bakı Ekspo sərgi mərkəzində Azərbaycanda ənənəvi beynəlxalq kənd təsərrüfatı tədbiri olan "Caspian Agro" sərgisinə start verilib və 13-14-15-16 may 2024-ci il tarixlərində ev sahibliyi edəcək.