Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

6 yaşlı Həqiqətin atası fəryad edir: "Qızım ağrıdan ağladıqca, mənim də gözümdən yaş tökülür"
6 yaşlı Həqiqətin köməyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası İsmət Saydiyev məlumat verib.
O bildirib ki, qızı anadangəlmə bağırsaq ikiləşməsindən əziyyət çəkir:
"Qızımın yoğun bağırsağında 3 ədəd dəlik var. Oradan nəcis sızır. Evimiz də daxil olmaqla, hər şeyimizi satıb qızımızı 8 dəfə əməliyyat etdirmişik. Amma yenidən əməliyyat olmalıdır. Qızımın həm də qulaqları eşitmir. Qulağına da aparat taxılmalıdır. Bunun üçün 18 min manata ehtiyacımız var. Bu pulu tapmağa çox çalışsaq da, tapa bilmədik. Qızım bütün gün ağrıdan qıvrılır, gözünün yaşı dayanmır. Onun belə ağrıdığını görmək bizi çox üzür, onu belə görməyə ürəyim dözmür daha. O ağladıqca, mənim də gözümdən yaş gəlir. Xalqımdan xahiş edirəm ki, bu gözəl ayda bizə əl tutsunlar. Yardım edin, qızım sağalsın", - deyə ata bildirib.
Əlaqə nömrəsi: 050 976 52 37
Access bank: 4286 5212 6226 8321