Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropalı turistlər ABŞ-yə səyahətlərini ləğv edirlər
Almaniya və Danimarka daxil olmaqla, Avropa İttifaqı ölkələrindən olan bəzi turistlər ABŞ Prezidenti Donald Trampın hərəkətləri və siyasəti fonunda Birləşmiş Ştatlara səyahətdən imtina edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Independent" qəzeti Avropanın turizm agentliklərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, turistlərin ABŞ-yə səfər etməmək qərarına təsir edən amillər arasında Ağ Evin ABŞ-Avropa alyansından narazılıq, Qrenlandiyanın ilhaqı təklifi, qlobal ticarət müharibəsində iştirak, sərhəd və viza siyasətlərinin sərtləşdirilməsi, habelə qeyri-qanuni mühacirlərin təqibi yer alıb
Qeyd edək ki, avropalılar 2023-cü ildə ABŞ-yə səfərlərə 155 milyard dollar xərcləyiblər.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Seul ABŞ qarşısındakı tarixi borcuna görə rüsumlara müqavimət göstərməyəcək
- İran XİN: "Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınına qayıtmaq niyyəti yoxdur"
- ABŞ Sənada husilərin düşərgələrinə 21 zərbə endirib
- ABŞ-də Rusiyanın "Pasxa atəşkəsi" elan etməsi şərh olunub
- ABŞ Uitkoff və Rusiya nümayəndələri arasında növbəti görüşü təşkil etmək istəyir