Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
66 yaşlı dalğıcın maraqlı hekayəsi
66 yaşlı dalğıc Rasim Mustafayev Baku TV-yə maraqlı həyat hekayəsini danışıb.
O, 38 illik fəaliyyəti dövrünün iki ilini matros-xilasedici, qalan illərini isə dalğıc vəzifəsində işləyib.
18 yaşından xilasetmə işlərində iştirak edən R.Mustafayev bu illər ərzində xeyli köməyə ehtiyacı olan insanı xilas edib.
Onun sözlərinə görə, bir dalğıc üçün həyatını qurtardığı insanın xırıltı səsini eşitmək ən sevindirici anlardandır.
"Bir dəfə gördüm ki, boğulan adamı sudan çıxarıb kənara çəkiblər. Rəngi qapqara olmuşdu. Hamı dedi ki, ölüb. Neçə dəqiqə əvvəl çıxardıqlarını soruşdum. Dedilər ki, suyun altında 5 dəqiqə qalıb. İlk yardım göstərib, qarnındakı suyu çıxartdım, daha sonra masaj etməyə başladım. Xırıltı səsi gələndə sevindim ki, yaşayacaq", - deyə o söyləyib.
Qeyd edək ki, Rasim Mustafayev "Axınla aşağı" filmində də dalğıc rolunu oynayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Həkim xəstənin həyatını təhlükə altına saldı - Xəbərlərin 20:00 buraxılışı
- Sumqayıtda cərimələnməyə səbəb olan işıqfor PROBLEMİ
- Xronika: Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagölçay - Türk tarixinin izi
- Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı
- Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər - DETALLAR
Rəylər