Bakının Binəqədi rayonunda axşam saatlarında bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Adil Məmmədov 55 ünvanında qeydə alınıb.
1952-ci il təvəllüdlü Abdullayev Faiq binanın 11-ci mərtəbəsində, yaşadığı mənzilin pəncərəsindən yerə yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib. İlkin ehtimallara görə, ölən şəxs sərxoş olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu