Məhz bu tarixdə 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı yaradılıb, 1950-ci ildən isə 7 aprel Ümumdünya sağlamlıq günü (World Health Day) kimi qeyd edilir.
Ötən illər ərzində 194 ölkə: ABŞ, İtaliya, İspaniya, Fransa, Türkiyə, Almaniya, İsrail, RF, Böyük Britaniya və s. ölkələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olub. Azərbaycan da BMT-nin ixtisaslaşdırılmış təşkilatlarından olan ÜST ilə sıx əməkdaşlıq edir.
ÜST-nin yaradılması ilə bağlı hər il keçirilən tədbirlər Yer kürəsinin səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur. İndiyə qədər keçirilən tədbirlər:
“Sənin qanının təhlükəsizliyi – çoxlarının həyatını xilas edə bilər”, “Fəal həyat tərzi – uzunömürlülüyə aparan yoldur”, “Hamiləlik – həyatınızda xüsusi hadisədir. Onun təhlükəsizliyini qoruyaq”, “İqlim dəyişikliyindən sağlamlığımızı qoruyaq” və s. kimi müxtəlif mövzuları əhatə edib.
2014-cü il “Transmissiv xəstliklərə qarşı mübarizə və prafilaktika” mövzusuna həsr edilib. Xatırladaq ki, belə xəstəliklərin daşıyıcıları, patogen və parazitləri infeksiyalı şəxsdən (və ya heyvandan) ötürərək, insanlarda ciddi xəstəliklərə səbəb olurlar.
Keçirilən tədbirlərin əsas məqsədi: insanlara sağlamlığın nə qədər önəmli olduğunu anlatmaq, səhiyyə müəssisələrini isə insanların sağlamlıqla bağlı problemlərini həll etməkdə səylərini əsirgəməməyə çağırmaqdır.