Tanınmış xəbər aparıcısı Anar Nəcəfli ötən gün ailəsi ilə birgə istirahətə yollanıb.
Oxu.Az xəbər verir ki, A.Nəcəfli yeni layihənin çəkilişləri üçün Moskvadan yenicə vətənə dönüb.
Teleaparıcı həftəsonu dincəlmək üçün Azərbaycanın dilbər guşələrindən biri olan Qubanı seçib. “Nazlı bulaq” ərazisində övladları ilə birgə əylənən Nəcəfli sosial şəbəkədə fotolarını paylaşıb.
Qeyd edək ki, onun Rafael və Danel adlı iki oğul övladı var.
Aytən Sadıqzadə
www.oxu.az