Bakıda daha bir qeyri-adi toy karvanı təşkil edilib.
Oxu.Az xəbər verir ki, Bakı şəhərində hər kəsdə maraq doğuran toy karvanı Xəzər TV-də yayımlanıb.
Toy karvanı 14 “London” taksisindən ibarət olub, gəlin maşını da “London” taksisi seçilib, lakin adət-ənənəyə uyğun olaraq o, ağ rəngdə olub.
Bu toyda daha bir maraqlı məqam odur ki, belə toy karvanının hazırlanmasından heç bəyin də xəbəri olmayıb. Ona bu hədiyyəni, taksi sürücüsü işləyən qardaşı edib.
Qeyri-adi karvan Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisindən Ramanada yerləşən qız evinə gedib.
Elvin Əhmədov
www.oxu.az