Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanandan sonra 2 abituriyentin 700 bal topladığı məlum olub.
Oxu.Az-a TQDK-dan verilən məlumata görə, onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.
700 bal toplamış abituriyentlərdən biri Qədimbəyli Qoşqar, digəri isə Rzayev Samirdir.
Oxu.Az II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə - 700 bal toplamış gənclərin şəkillərini təqdim edir.
Xatırladaq ki, bundan öncə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə görə, 7 abituriyent 700 bal toplamışdı. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
Elvin Əhmədov
www.oxu.az