Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

72 yaşlı motosikletçini maşın vurub ÖLDÜRDÜ
Kürdəmirdə 72 yaşlı motosikletçini avtomobil vuraraq öldürüb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Kürdəmir şəhərinin Bakı prospektində qeydə alınıb.
Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən, sürücü Ramin Bayramovun idarə etdiyi "Changan" markalı avtomobilə eyni istiqmətdə motosikletlə hərəkət edən Tahir Əkbərov çırpılıb.
Nəticədə motosikletin sürücüsü, Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Tahir Seyyid oğlu Əkbərov elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
"Motosiklet qəzası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar