Ötən gecə saat 22:50-də Bkının Mehdiabad qəsəbəsində gənc qadın intihara cəhd edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 8 mart qadınlar bayramına bir gün qalmış, gecə saatlarında baş verən hadisənin səbəbi hələlik qaranlıq qalıb.
Belə ki, qəsəbə sakini, 25 yaşlı Səadət Abdullayeva özünü öldürmək üçün çox miqdarda sirkə turşusu içib. Onu yaxınları huçsuz vəziyyətdə tapıblar. Səadəti özünə gətirə bilməyəndə isə təcili yardıma müraciət ediblər. Həkimlər vaxtında gəlib və qadının həyatını xilas ediblər. Onu xəstəxanaya yerləşdiriblər.
Səadət Abdullayevanın nə səbəbdən özünü öldürmək istəməsi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.