Martın 6-da Heydər Əliyev Beynəlxalq Hava Limanında kütləvi dava düşüb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, Hava Limanının Naxçıvan zalında bir neçə vətəndaş ərazidə xidmət aparan polis əməkdaşını döyüblər. Polis ağır bədən xəsarəti alıb və dərhal xəstəxanaya aparılıb.
Hazırda hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.